"Mənə görə, Ərdoğan Türkiyədəki problemlərdən qaçır". Axar.az xəbər verir ki, Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizəd olan Sosial Demokrat Partiyası lideri Martin Şults bu barədə deyib.
Martin Şults Ərdoğanın keçirdiyi görüşlə eyni vaxtda keçirilən aksiyalardan birində çıxışı zamanı Ərdoğanın Kölnə səfərini sərt tənqid edib.
Şults bildirib ki, Ərdoğan ölkəsindəki problemlərdən qaçmaq üçün Almaniyaya gəlib.
Qeyd edək ki, Türkiyə Baş naziri dünən Kölnə ziyarət edərək 40 minə türkə müraciət etmişdi.