Ukrayna Daxili işlər naziri Arsen Avakov səslərin hesablanması sisteminin dağıdılması barədə yayılan məlumatları təkzib edib. Axar.az xəbər verir ki, Avakov şəxsi internet saytının xakerlər tərəfindən keçirildiyini təsdiq edib.
Avakov "avakov.com" internet saytının artıq onun nəzarətində olmadığını və sayt vasitəsi ilə bir neçə həqiqətə uyğun olmayan bəyanatların yayımlandığını bildirib.
Nazir bildirib ki, saxta məlumatlar yaymaqla ölkədə prezident seçkilərinin keçirilməsinə maneə olmaq və xaos yaratmaq istəyirlər.
Avakov Ukrayna Mərkəzi Seçki Komitəsinə məxsus internet saytının artıq fəaliyyət göstərdiyini də qeyd edib.