Ukraynada seçki günü xarici jurnalist və tərcüməçisi həlak oldu

25-05-2014, 13:27   
Ukraynada seçki günü xarici jurnalist və tərcüməçisi həlak oldu
Ukraynada prezident seçkilərinin keçirildiyi bir vaxtda ölkənin cənub-şərq regionlarında da separatçılarla təhlükəsizlik qüvvələri arasında atışmalar ara vermir.

Virtualaz.org saytı “İnterfaks”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında İtalyandan olan jurnalist və tərcüməçisi həlak olublar. Fransalı stringer isə yaralanıb.

Slavyanskın yerli özünümüdafiə qüvvələrinin qərargahından bildirildiyinə görə jurnalistlər Andreyevka qəsəbəsində işləyərkən minomyot atəşinə tuş gəliblər. İtaliyalı jurnalist və tərcüməçisi aldıqları yaralardan yerindəcə həlak olublar, Fransadan olan stringer isə ayağından yaralanıb və xəstəxanaya aparılıb.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, həlak olan jurnalist 30 yaşlı Andrea Rokelli ola bilər. Hazırda İtaliya XİN bu məlumatı araşdırır. “Donetsk Xalq Respublikası”nın rəsmiləri isə həlak olan tərcməçinin Andrey Mironov olduğunu bildirir. Onların Ukrayna təhlükəsizlik qüvvələrinin şəhərə endirdikləri zərbələr nəticəsində həlak olduğu deyilir.

Ukrayna tərəfi isə bildirir ki, silahlılar çoxsaylı qüvvələrlə təhlükəsizlik qüvvələrinin blok-postlarını mühasirəyə almağa çalışır. Blok-postlar yaxınlıqdakı meşədən “Nona” özüyeriyən artilleriya qurğusundan və qumbaraatanlardan atəşə tutulur.Ukrayna təhlükəsizlik qüvvələrinin 2 döyüşçüsü həlak olub, 4 nəfər yaralanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.