Xalq artisti Ramiz Əzizbəylinin səhhəti yenidən pisləşib.
Tanınmış aktyor kəskin ağrılardan əziyyət çəkdiyini, vəziyyətinin qəfil dəyişdiyini AzNews.az saytina danışıb: “Məni bağışlayın, danışmağa halım və taqətim yoxdur. Pisəm, ağrıdan doğranıram. Mədəm mənə rahatlıq vermir. Hər yerim ağrıyır. Sağ yerim yox. Vəziyyətim qəfil dəyişdi”.
R.Əzizbəyli həmçinin əlavə edib ki, bütün ağrı-acılara baxmayaraq, daha həkimə getmək fikrində deyil: “Nə olsa belə, həkimə müraciət etməyəcəm”.
Xatırladaq ki, aktyor Ramiz Əzizbəyli bir neçə ay bundan əvvəl avtomobil qəzası keçirib. O, bir müddət əvvəl xəstəxanada müalicə olunub.