Qobustan rayonunda istirahət mərkəzində elektromobilin aşması nəticdəsində vəfat edən Bakı Oksford Məktəbinin şagirdi Dəniz Qorcunun bu gün son mənzilə yola salınıb.
ANS TV-nin məlumatına görə, “Qobuland” istirahət mərkəzində elektromobilin aşması nəticəsində Bakı Oksford məktəbinin müəllimi Aytən Əzizova, 11 yaşlı Ayla Hacızadə və 10 yaşlı Dinara Mustafayeva xəstəxanaya yerləşdiriliblər.
Dünyasını dəyişən Dəniz Qorçunun bu ilin sentyabrın 29-da 11 yaşı tamam olacaqdı. Ailənin Dənizdən başqa, Ucal və Basat adlı oğlanları da var. Dəniz Qorçu tanınmış rejissor Tərlan Qorçunun qızı, filosof Rəhman Bədəlovun nəvəsidir. Mərasimdə tanınmış siyasi-ictimai xadimlər, ziyalılar və incəsənət xadimləri iştirak edib.
Tərlan Qorçunun dostu Qulu Məhərrəmlinin sözlərinə görə, bu, çox böyük itkidir: “Ölən qızın atası ilə yaxın dostuq. Babası Rəhman Bədəlov da tanınmış filosofdur. Belə halların çox olması təhlükəsizlik qaydalarının kobud surətdə pozulmasından və səhlənkarlıqdan olur ki, bu da insan itikisilə nəticələnir”.