Obama Ukraynanın yeni prezidenti ilə görüşəcək

26-05-2014, 10:30   

"Biz Ukraynada təhlükələr fonunda prezident seçkilərinin keçirilməsində əməyi olan hər kəsin, həmçinin, Ukrayna hökumətinin qətiyyətini yüksək qiymətləndiririk”. Məlumata görə, bu barədə Ağ Evin Ukraynada prezident seçkiləri ilə bağlı yaydığı bəyanatda deyilir. “Ukrayna xalqı bir neçə ay ərzində öz liderlərini müdaxilə olmadan seçmək, gələcəyini zorakılıq və təhdid olmadan müəyyənləşdirə biləcəyi demokratiya şəraitində yaşamaq istəyini dəfələrlə nümayiş etdirdi. Bu seçkilər hökumətin bütün vətəndaşları cəlb eləməklə ölkəni birləşdirmək səylərində daha bir mühüm addım oldu”, - deyə Amerika prezidenti qeyd edib. “Birləşmiş Ştatlar mühüm siyasi və iqtisadi islahatların həyata keçirilməsində Ukraynanın səylərini dəstəkləmək üçün növbəti prezidentlə, həmçinin demokratik yolla seçilmiş parlamentlə birgə işləməyi səbirsizliklə gözləyir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.