Rusiya və fransalı həmsədrlər təcili regiona yola düşüblər: Bakıya gəlirlər

5-04-2016, 19:12   
Rusiya və fransalı həmsədrlər təcili regiona yola düşüblər: Bakıya gəlirlər
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov və fransalı həmsədr Pyer Andryu ATƏT Daimi Şurasının Vyanadakı görüşünü gözləmədən bu gün regiona yola düşüblər.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, səfər müddətində onlar Bakı, İrəvan və Xankəndində olacaqlar.

Amerikalı həmsədr Ceyms Uorlik isə daha sonra onlara qatılacaq.

Həmsədrlər adından Daimi Şurada hesabatın amerikalı həmsədr Ceyms Uorlik tərəfindən veriləcəyi bildirilir.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan həmsədrlərin aprelin 9-da İrəvana səfər edəcəyini açıqlayıb.

***

ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri Pyer Andryu və İqor Popov bu gün Bakıya gəlirlər.

APA-nın məlumatına görə, bu barədə Fransanın ATƏT-dəki səfiri Veronika Loger Lakan özünün “twitter” səhifəsində yazıb.

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik isə daha onlara qatılacaq.

Həmsədlərin Xankəndi və Ermənistana da səfərləri olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar