Ermənistanın əleyhinə dediyi sözlərə görə, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bu ölkədə persona-non-qrata (arzuolunmaz şəxs - red.) elan olunması təklifi irəli sürülüb.
Qaynar.info xəbər verir ki, bu təkliflə Ermənistanın keçmiş baş naziri (1993-1996-cı illərdə), müxalifətçi Pan-Armenian Milli Hərəkat Partiyasının sədri Hrant Baqratyan bugünkü parlamentin iclasında çıxış edib.
O bildirib ki, Saakaşvilinin Rusiya ilə problemi varsa, bura niyə Ermənistanı qatır. Baqratyan bu siyahıya Belarus Xarici İşlər Naziri Vladimir Makey və Avropa Şurası Parlament Assambleyasının ispan sədri Pedro Aqramuntu da qatıb.
Qeyd edək ki, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 2 gün əvvəl verdiyi açıqlamasında Qarabağda yaşananları Vladimir Putinin təxribatı adlandırmış və bundan daha çox Ermənistanın zərər görəcəyini açıqlamışdı.
Qaynar.info