Rusiya telekanalından Azərbaycana qarşı saxtakarlıq VİDEO
5-04-2016, 19:29
Rusiya ORT televiziyası Azərbaycana qarşı saxtakarlığa yol verib. Belə ki, “Zaman göstərər” verilişində Azərbaycan əleyhinə kəskin ittihamlar səslənib. ORT telekanalı Azərbaycanın xəritəsini yanlış yayımlayıb, Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədi olmamasına baxmayaraq, Laçın və Kəlbəcər rayonlarını Dağlıq Qarabağın tərkibində göstərib və bununla da DQ-nin Ermənistana bitişik olduğu iddia edib.
Verilişə toplaşan ekspertlər vasitəsilə Azərbaycan və Türkiyəni hər şeydə günahlandıran televiziya Qarabağın sırf ermənilərə məxsus olduğunu sübut etməyə çalışıb.
Azərbaycanın mövqeyini jurnalist Fuad Abbasov və ekspert Heydər Camal müdafiə ediblər.