Xankəndində partlayışlar və pulemyot səsləri: ermənilər sevinir?

8-04-2016, 10:39   
Xankəndində partlayışlar və pulemyot səsləri: ermənilər sevinir?
Xankəndindəki partlayışların və pulemyot atəşlərinin səbəbini qondarma rejimin təmsilçilərindən izah edən yoxdur.

Ancaq “İnterfaks” agentliyinin şəhərdəki müxbiri xəbər verir ki, hazırda Dağlıq Qarabağın “paytaxtında” bayram əhval-ruhiyyəsi hökm sürür. Bunun səbəbi isə Azərbaycan ordusunun hərbi əməliyyatları dayandırması və danışıqlar prosesinin başladığını göstərən hadisələrin baş verməsidir. Agentlik bildirir ki, şəhərin müxtəlif hissələrində yaylım atəşləri açılır və fişənglər partladılır. İstisna deyil ki, həmsədrlərin görüşünü izləyən jurnalistlərin eşitdiyi partlayış səsləri də bu “bayram atəşfəşanlığı” olub.

Xankəndi erməniləri arasında hökm sürən bu əhval-ruhiyyə bir daha onu göstərir ki, işğalçılar Azərbaycan ordusunun hücum əməliyyatlarının başlamasından necə qorxuya düşmüşdü və indi hərbi əməliyyatların dayandırılmasını, həmsədrlərin yenidən məkik diplomatiyasına başlamasını sevinclə qeyd edirlər.

Xatırladaq ki, hərbi əməliyyatların dayandırılmasından əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənov raket-artilleriya qoşunlarına Xankəndinə zərbələrin endirilməsinə hazır olmaq əmri vermişdi.

* * *22:25

Bu gün axşam saatlarında işğal altındakı Xankəndində, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə danışıqlar apardığı saatlarda şəhərdə bir-birinin ardınca bir neçə güclü partlayış baş verib.

Virtualaz.org xəbər verir ki, bu haqda RİA Novosti agentliyinin həmsədrlərin Xankəndinə səfərini izləyən müxbiri məlumat çatdırıb. Məlumata əsasən həmsədrlərin qondarma “dqr prezidenti” Bako Saakyanla görüşünün keçirildiyi saatlarda şəhər bir-birinin ardınca baş verən partlayışlarla silkələnib.

Partlayışlarla yanaşı şəhərin kənarından pulemyot atəşləri başlayıb. Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar