Azərbaycan pilotsuz təyyarəsi Xankəndində: düşmən qorxuya düşdü

8-04-2016, 15:20   
Azərbaycan pilotsuz təyyarəsi Xankəndində: düşmən qorxuya düşdü
Ötən axşam ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğal altındakı Xankəndində Dağlıq Qarabağ qond arma rejiminin rəhbərliyi ilə görüş keçirdiyi saatlarda şəhərdə eşidilən partlayışların və pulemyot səslərinin səbəbi məlum olub.

Virtualaz.org xəbər verir ki, qondarma rejimin güc strukturlarındakı mənbələr ötən axşam Xankəndinin üzərində Azərbaycana aid pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu “İnterfaks”a bildirib.

Mənbə bildirib ki, pilotsuz uçan aparat döyüş təyinatlı deyil, kəşfiyyat təyinatlı olub. O, yerdən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub. Mənbə təsdiq edib ki, həmin saatlarda Xankəndində həmsədrlərin danışıqları gedirdi. “İnterfaks” ilk dəfədir Azərbaycanın Xankəndi üzərinə pilotsuz təyyarə göndərdiyini bildirir.

Xatırladaq ki, ötən axşam Xankəndində həmsədrlərin görüşlərini izləyən rusiyalı jurnalistlər şəhərdə güclü partlayışların və pulemyot səslərinin eşidildiyini xəbər veriblər. Separatçı rejimin təmsilçiləri bu partlayışlarla bağlı izahat verməyib. Daha sonra “İnterfaks” ehtimal edib ki, partlayış və atəş səsləri döyüşlərin dayanmasından sevinən ermənilərin bayram atəşfəşanlığı ola bilərdi...

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar