Ermənistan Rusiyanı mənəviyyatsızlıqda ittiham etdi

8-04-2016, 20:46   

Ovanisyan öz Facebook səhifəsində məlumat yerləşdirib.

Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan Rusiyanın Azərbaycana silah təchizatının davam etdirəcəyi ilə bağlı məlumatları şərh edib.

“Bütün baş verənlərdən sonra Azərbaycana silah təchizatının davam etdirilməsi mənəviyyatsızlıqdır”, - Ovanisyan öz Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Moskva Azərbaycana strateji tərəfdaşı kimi müqaviləyə müvafiq olaraq silah tədarükünə davam edəcək. (oxu.az)

Qaynar.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar