“YAXŞISI BUDUR, VƏZİYYƏT BELƏ QALSIN” – Medvedev Qarabağ planını açıqladı

9-04-2016, 18:54   
“YAXŞISI BUDUR, VƏZİYYƏT BELƏ QALSIN” – Medvedev Qarabağ planını açıqladı
Dmitri Medvedev: “Yaxşısı budur, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qalsın, amma qan tökülməsin”
“Mənim Dağlıq Qarabağda hadisələrin necə inkişaf etməsi və ən əsası nəyi etməyin vacibliyi barədə artıq öz təsəvvürlərim var”.
APA-nın məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev “Rossiya” kanalına müsahibəsində deyib.
Baş nazir bildirib ki, baş vermiş hadisələrlə bağlı hər iki ölkəyə səfər edərək ölkə rəhbərlikləri ilə müzakirələr aparıb: “Bizim Azərbaycanla və Ermənistanla əsrlərlə mövcud olan əlaqələrimiz var. Müəyyən müddətdə ümumi dövlətçilik tariximiz də olub. Bizim tərəfdaşlıq əlaqələrimiz mövcuddur. Biz yanaşı yaşayırıq. Hər iki ölkədən xeyli insan Rusiyada işləyir. Yəni bizim əlaqələrimiz o qədər çoxtərəflidir ki, belə hadisələrin baş verdiyi zaman həmkarlarımız kömək, dəstək və Rusiyanın göstərdiyi vasitəçilik xidmətləri üçün bizə müraciət edir”.
D. Medvedev bildirib ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir: “Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.

Medvedev Azərbaycan və Ermənistana silah satmaqda israrlı olmalarının səbəbini açıqlayıb.
“Rusiya Azərbaycan və Ermənistana silah satışını davam etdirəcək”. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın baş naziri Dmitri Medvedev verib.
“Ermənistan bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqimizdir. Bizim Ermənistanla həm də hərbi-texniki sahədə müqavilələrimiz var. Azərbaycan da bizim strateji partnyorumuzdur. Bir dəqiqəlik düşünək, biz adı çəkilən ölkələrə silah satışını dayandırsaq, nə baş verər? Biz çox gözəl anlayırıq, bu boşluq doldurulacaq və hər iki tərəf başqa ölkələrdən silah almağa başlayacaq. Bu isə məlum ölüm hallarının artmasına gətirib çıxaracaq. Bu həm də o deməkdir ki, hazırkı balans pozulacaq. Biz Azərbaycanın və Ermənistanın bu sahədə ehtiyacını yaxşı bilirik və bu tənzimləmə regionda gərginliyin artmasına mane olur. Mən əminəm ki, bölgəyə başqa silah ixracatçısının müdaxiləsi alovlanmanı gücləndirəcək”, – deyə Medvedev əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar