Ailənin tək övladı ön cəbhəyə göndərilə bilərmi? – Deputatdan açıqlama

12-04-2016, 08:11   
Ailənin tək övladı ön cəbhəyə göndərilə bilərmi? – Deputatdan açıqlama
Aprelin 2-dən Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ilə Azərbaycan ordusunn bir neçə hərbçisi şəhid oldu. Şəhid hərbçilər arasında ailənin tək övladı olanlar da var.
Bir neçə gündür ki, cəmiyyətdə “ailənin tək övladı hərbi xidmətə çağırılmalıdırmı, yaxud çağırılarsa ön cəbhəyə göndərilməlidirmi?” sualı yaranıb.
Məsələ ilə bağlı Aznews.az-a danışan millət vəkili Fəzail İbrahimli gənclərin hər birinin hərbi xidmətdən keçməli olduğunu deyib: “Allah heç bir valideynə övlad dağı göstərməsin. Hər övladın öz yeri var. 5 övlad 5, bir övladı olan isə bir dəfə ölüb-dirilir. Mən övladı müharibə və hərbidən saxlamağın əlehinəyəm. Avropa ölkələrində bu sual yoxdur. Hər bir kişi yol keçməlidir. Bu yol da hərbidən keçir. Bu kişi yolu və tərcümeyi-haldır. Amma istisna hal olaraq, ailənin bir övladının döyüş bölgəsinə göndərilməməsi daha münasib olar. Yəni, onun dövlətə xidməti döyüş bölgəsindən bir az kənarda olsun. Ümumiyyətlə isə hərbidən azad edilməsi fikri mənə görə düzgün deyil”.
F.İbrahimli bildirib ki, son gərginlik zamanı hərbi xidməti başa vurmuş gənclər belə könüllü olaraq döyüşmək istəyiblər: “Onların arasında elələri var ki, limtləri dolsa da belə ondan imtina edib, ərizə yazıb döyüşə getmək istədiyini deyir. Bu gün əhalinin əhval-ruhiyyəsi 1988-ci ildə Topxana meşəsində kəsilmiş bir ağaca olan etiraz kimidir. Millətin ruhu qalxıb. Belə olan dövrdə tək oğulun gizlənməsi, yaxud da döyüşdən kənarda qalması necə olar? Dövlətçilik baxımından baxdıqda bu fikir ümumiyyətlə yerimir. Amma insani tərəfinə gəldikdə isə ailənin tək övladlarının döyüş bölgəsinə göndərilməməsi daha münasib olar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar