MAHMUDOVA BAĞLI BANKDA CİDDİ DƏYİŞİKLİKLƏR - Rəhbərlik yenilənir

13-04-2016, 12:57   
MAHMUDOVA BAĞLI BANKDA CİDDİ DƏYİŞİKLİKLƏR - Rəhbərlik yenilənir
“AGBank” ASC-nin rəhbərliyində dəyişiklik olub. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar səhmdarların ümumi yığıncağında qəbul olunub.

İclasın sonunda keçirilən səsvermə nəticəsində bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib. Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçiliblər.

İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edilib.

Məlumatda o da qeyd edilib ki, yaxın gələcəkdə bankın strukturunda əlavə dəyişikliklər gözlənilir. (APA)

Qeyd edək ki, “AGBank” ASC-nin ən böyük səhmdarı keçmiş deputat Çingiz Əsədullayev olsa da, bu bankın faktiki sahibi kimi keçmiş MTN naziri Eldar Mahmudovun adı çəkilir. “AGBank” ASC-nin adı MTN-lə bağlı işlərdə qırmızı xəttlə keçirdi. İstisna deyil ki, bankın rəhbərliyindəki dəyişikliklər faktiki sahibinin dəyişməsi ilə bağlıdır.

V.Nəsibov
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar