Masallının deputatı Eldar Mahmudovla əlaqəsilə fəxr edirmiş... - Nəriman Əliyev haqda daha bir iddia

14-04-2016, 17:56   
Masallının deputatı Eldar Mahmudovla əlaqəsilə fəxr edirmiş... - Nəriman Əliyev haqda daha bir iddia
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat Nəriman Əliyevin başı cəncəldədir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən informasiya daxil olmuşdu. Xəbərdə deyilirdi ki, millət vəkili hazırda istintaq dövrünü keçən məlum qalmaqallı "MTN işi" ilə əlaqədar dindirilib. Mənbənin dia.az-a söylədikləri: "Deputatın adı hələlik şahid kimi keçir. Amma bu şahidlik hər an "ittiham olunan" ünvanı ilə dəyişə bilər".

Mənbənin dediyinə görə, Nəriman Əliyev MTN-dəki kriminal dairələrlə sıx bağlı olub: "İndi də bu bağlılığın hesabı sorulur. Bu əlaqələr hesabına nələr əldə olunub - bu fakt araşdırılır. Əgər zərurət yaranarsa, deputatın mandatının əlindən alınması da gündəmə gələ bilər".

DİA.AZ-a bu barədə yeni informasiya da daxil olub. Deputata yaxın şəxslərdən biri həqiqətən də Nəriman Əliyevin keçmiş MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğunu təsdiqləyib: "Bunu bilməyən varmı? Hətta Nəriman Əliyev parlamentdə də deputat yoldaşları arasında bu əlaqələrindən danışıb və hər zaman fəxr də edirmiş ki, bəs Eldar Mahmudovun kəsdiyi başa sorğu-sual yoxdur. Yəni sabiq nazirin gücü onun gücüdür".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar