"Prezident İlham Əliyevə təşəkkür edirik ki, belə gözəl, təmiz və səliqəli bir yerdə məcburi köçkünlər üçün müasir standartlara uyğun qəsəbə saldırıb. Evlər işıqlı, mənzillər genişdir."
Bu sözləri şəhərcikdə yaşayan qaçqın və məcburi köçkünlər deyir.Lakin bu gün onların deyəsi başqa sözləri də var.
"Qaçqınkomun pulyığanı Qabil kimdir ?"
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verən qanunsuzluqlar müntəzəm olaraq ölkə mətbuatında işıqlandırılmışdır. Qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün hər il dövlət tərəfindən Komitəyə yeni mənzillərin tikintisi üçün milyonlarla vəsait ayrılır. Qeyd edək ki, Komitə tərəfindən tikilən mənzillər bir çox hallarda rüşvət hesabına qaçqınlara və məcburi köçkünlərə verilir. Hal-hazırda Komitənin fəaliyyətindən narazı qalan on minlərlə qaçqın və məcburi köçkün var. Ev alan qaçqın və məcburi köçkünlərin isə şəhərcikdə hüquqları pozulur,müxtəlif adlarla onlardan pul yığılır.
Bütün bunların da başında şəhərciyin MİS-nin rəisi Qabil Quliyevdir. Qabil Quliyev əslən Cəbrayıl rayonundandır və keçmiş icra başçısı Mahmud Quliyevin qohumudur. Bundan başqa öz kəndçilərinin dediyinə görə sədr Əli Həsənova da yaxın adamdır. "Qaçqınkom"onun vasitəsi ilə qaçqın və məcburi köçkünlərdən pul yığır. Belə ki, son vaxtlar ölkə mətbuatında çıxış edərək qaçqın və məcburi köçkünlərin brinin bir neçə evinin olması,digərinin heç bir mənzilinin də olmaması barədə deyilib.
Lakin bu məsələnin həlli istiqamətində heç bir addım atılmayıb.Daha doğrusu şəhərciyin MİS-nin rəisinə tapşırılıb ki, verilən evlərdə yaşamayan və ya mənzilini kirayə verənlərin siyahısı tutulsun,xəbərdarlıq edilsin. Ən pis halda evi əlindən alınaraq ehtiyacı olanlara verilsin. Lakin Qabil Quliyev bu məsələdə də pul qazanmağı üsün tutub. Siyahısı tutulan mənzil sahibinlərindən hər ay 20 manat almaqla kifayətlənib. Mən bənin dediyinə görə hər binada 15-20 mənzil boşdur. Hesablasaq ki, 20-dən çox beşmərtəbəli binada 20 mənzil boşdur, bu 400 mənzil edər.
400-ü də vursaq 20 manata, əməlli başlı gəlir mənbəyidir. Bundan başqa şəhərcikdə müasir üslubda süni otla düzəldilmiş üstü örtülü stadion tikilib. Bu stadion pulludur, saatı 20 manat.Gün ərzində 6-7 saat futbol oynasalar,hesablayın nə qədər edər. Bu pullar da məhz Qabilin cibibinə gedir. Deyilənə görə Qabil müəllimin 3 evi var,ikisi Binəqədi rayonunda biri də şəhərcikdə. "Qaçqınkomun pulyığanı Qabil kimdir ?"
Mənbənin dediyinə görə hələ bu son deyil, Qabil Quliyevin başqa qanunsuzluqları,hətta cinayət əməli də var. Sadəcə Qabilin bu əməllərini "Qaçqınkom"un yuxarı dairələrindən ört basdır edən şəxslər var. Əlbəttə bu həmin adamlardır ki, Qabil yığılan pulların çox hissəsini onlara ötürür.
Məsələ ilə bağlı Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlasaq da onunla danışa bilmədik.
Məsələ gündəmdədir,araşdırmamız davam edir.Növbəti məqalədə yeni məlumatları oxucularımıza çatdıracağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(7GÜN)