Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün məsələ ilə şəxsən məşğul olacaq.
Publika.az xəbər verir ki, bu barədə “İzvestia” qəzeti diplomatik mənbələrə istinadən xəbər verib.
Qəzet yazır ki, V. Putinin iştirakı ilə münaqişənin həlli prosesinin yaxın günlərdə başlanması gözlənilir.
“Rusiya lideri hər iki tərəfi güzəşt etməyə inandırmağa şəxsən hazırdır”, - deyə diplomatik mənbə bildirir.
Mənbə qeyd edir ki, tərəflər danışıqlar masasına otursalar da, hər iki tərəf öz iddialarını ortaya qoyur: “Belə bir vəziyyətdə Rusiyanın köməyi olmadan nəsə əldə etmək çətindir”.
Mənbə Rusiyanın planını açıqlayıb:
- Ərazilərin bir hissəsi Azərbaycana qaytarılır.
- Sülhməramlılar Qarabağa yerləşdirilir.
- Qaçqınlar öz evlərinə qayıdırlar.
- Qarabağın statusu haqda referendum keçirilir.
Lakin mənbə deyir ki, tərəflər bu planla razılaşmaq istəmirlər.
Asif Nərimanlı