Abşeronda 200 manatdan 500 manata qədər “ödəniş” haqqı alan bağça müdirələri..

18-04-2016, 21:38   
Abşeronda 200 manatdan 500 manata qədər “ödəniş” haqqı alan bağça müdirələri..
Bir çox sahələrdə korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi hər birimizə gün kimi aydındır.

Bu neqativ halların aradan qaldırılması uğrunda aparılan mübarizələr hələ də tam olaraq öz müsbət nəticəsini verməyib. Yəqin ki, bu halın aradan qaldırılması üçün inzibati və cəza tədbirlərini daha da sərtləşdirməyə ehtiyac var. Ən dəhşətlisi odur ki, rüşvətxorluq, korrupsiya halları təlim-tərbiyə müəssisələrində daha geniş vüsət alıb və acınacaqlı duruma gətirib çıxarıb. Ali məktəbdə təhsil alan tələbə, orta məktəbdə oxuyan şagird, bağçaya gedən uşaq istər-istəməz rüşvət və "şirinlik” verməyə təhrik edilir. Deməli, biz rüşvət almağın yollarını elə məktəbdə öyrənirik.

Abşerondakı məktəbəqədər təhsil müəssisələrində-uşaq bağçalarında da ümumi vəziyyət acınacaqlı durumdadır. Düzdür, İradə Gülməmmədova rayona icra başçısı təyin edildikdən sonra bir neçə bağçaların vəziyyəti ilə maraqlanıb, müsbət irəliləyişə doğru bəzi addımlar atılıb, ancaq bu, daxilən çirkaba batmış bağçaları hələ rüşvət girdabından "hifz” edə bilməyib. Belə ki, müxtəlif ad altında yenə də pulyığma "kampaniyası” davam edir. Bura "fond pulu”, "xalça pulu”, "tozsoran pulu”, ən "vacibi” isə "yemək pulu” və s. daxildir. Aylıq uşaqlardan alınan "YEMƏK PULU” hər bağçada müxtəlif məbləğdədir. Xırdalan şəhərində yerləşən baxçalarda aylıqlar- 30- 80 m arası dəyişir. İnsaf üçün deyək ki, bu məbləğ uzaq kəndlərdə 10- 20 manat təşkil edir. Aydındır ki, "yemək pulu” adı ilə valideynlərdən qopardılan həmin məbləğ, bir başa müdirin aylıq "qazancıdır”. Çünki əldə etdiyimiz məlumata görə, bağçaların ərzaq təminatını şəhər icra hakimiyyəti həyata keçirir və bu, körpələrin qida ehtiyacını normal təmin etmək üçün əslində kifayət edir.

Əgər valideyn dilbilməz körpəsini evdən tox yola salıb, ac qarşılayırsa, deməli, burda bir neçə qaranlıq məqam var: körpələrin payına göz dikmə və oğurluq! Eləcə də bağçalara müəyyən olunmuş saydan artıq uşaq qəbulu. Çünki qəbulda maraq daha böyük və "dadlıdır”. Burada da bağçaya uşaqların qəbul edilməsinin qiyməti müxtəlifdi: bağçanın yerləşdiyi əraziyə və şəraitinə uyğun-200 manatdan 500 manata qədər "ödəniş” haqqı var. Yəni bu bəbləq ödənilirsə uşaq götürmək olar, yer tapılar.

Abşeronda 200 manatdan 500 manata qədər “ödəniş” haqqı alan bağça müdirələri...
Son vaxtlar rayon İcra Hakimiyyətinin başçısı İradə xanım belə neqativ halların aradan qaldırılması üçün ciddi tapşırıqlar verib. Başçının müavini olan Fuad Cəbrayılov şəxsən özü bu kimi məsələlərə nəzarət edir. Təəssüf ki, bir çoxunun arxasında "dağ” kimi məmur dayanan, vəzifədə olan əmisinə, dayısına, ərinə və digər qohumuna arxalanan bağça müdirləri öz çirkin və "şirin” əməlindən əl çəkməyib. Rayon təhsil şöbəsinin bağçalar üzrə rəhbəri Samirə xanımsa öz qanunları ilə idarəçilik yolunu seçib. Hər bağça müirəsinə aylıq kəsən “dəmir ledi” özünü başçıya ən yaxın adam kimi sayır. Əməkdaşımızın bu mövzuda araşdırmasına hər cür maneyə törədib, hətta hədələyir. RTŞ- nin sözcüsü A. Nağıyev isə faktları təkzib edərək, rayonda bu halların olmamasını vurğulayır.
Ancaq onlara xatırladırıq ki, heç kim toxunulmaz deyil, qanun hamımız üçün alidir. Son hadisələr bunu bir daha təsdiq etdi. Bir az geci, tezi var..
Azxeber.info informasiya agentliyi olaraq araşdırmanı bitirib faktlarla Sizi tanış edəcəyik…

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar