Ağstafada müdhiş olay- məmurdan şikayətçi qadına əxlaqsız təklif

19-04-2016, 12:08   

Azərbaycanda şəhid bayrağa bükülür... Ağstafada isə...

“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək.”





Bu sözləri Prezident İlham Əliyev Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edərkən etdiyi çıxışda demişdi.



Həqiqətən cəmiyyətdə baş verən neqativ hadisələrin işıqlandırılmasında medianın rolu böyükdür. Və biz də cənab prezidentin dediyi kimi qanun pozuntularını işıqlandırırıq ki, daha böyük pozuntular törənməsin.



Məsələ ondadır ki, bəzi məmurlar vətəndaşlarla davranışda bütün etik vəı əxlaq normalarını keçirlər. Adi bir məsələ sonradan böyüyərək hər hansı bir rayonda ,qəsəbədə ötən ilin dekabrındakı kimi vətəndaşların küçədə,meydanlarda etiraz bildirməsi, sosial gərginliyin artması ilə nəticələnir.



Xeberci.tv-yə verilən məlumata görə Ağstafa icra hakimiyyətində çalışan məsul vəzifəli şəxsin icra orqanına şəxsi problemi ilə müraciət edən qadına əxlsaqsız təklif etməsi rayonda söz-söhbətə səbəb olub.



Hadisənin detallarını media orqanı olaraq hələ araşdırırıq. İlkin olaraq bildiririk ki, həmin məmur nəinki qanunvericiliyin, hətta əxlaq normalarının bütün tələblərini pozmaqla rayon rəhbərliyini çətin vəziyyəıtdə qoyub.



Bu səs-küylü və qalmaqallı hadisənin təfsilatları barədə yaxın satlarda ətraflı məlumat veriləcək.



Xeberci.tv
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar