İrəvanda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səfəri zamanı aksiya keçiriləcək.
Axar.az “Panarmenian”a istinadən xəbər verir ki, ermənilər aprelin 21-də İrəvanın Respublika meydanından başlayıb Rusiya səfirliyə qarşısında bitəcək “ləyaqət marşı” adlı yürüyüş təşkil edəcək. Yürüyüş iştirakçılarının əsas şüarı isə “Rusiya Qarabağdan əlini çək” olacaq.
Xatırladaq ki, Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün aprelin 21-22-də İrəvanda səfərdə olacaq.