Jurnalisti təhqir edib, hədələyən başçı...

29-04-2016, 11:42   

25 aprel 2016-ci il tarixində”Respublika xəbərləri” qəzetinin əməkdaşları olan Arifə Əliyeva və Müşərəf Məmmədova redaksiyamıza daxil olan çoxsaylı şikayətlərlə əlaqədar olaraq Qobustan rayonuna ezam edilmişdir.
Sakinlərdən redaksiyamıza ünvanlanan məktubda adları Sizlərə çatdırırıq;
Redaksiyamıza ünvanlanan şikayətdə qeyd olunurdu ki,əlli nəfər Qobustan sakini Qobustan rayonu Məşgullug Mərkəzi tərəfindən müqavilə əsasında işə götürülüb.
Xanbabayev Müşfig Günbaba oğlu,Cabbarov Ayaz Maqsud oğlu,Cabbarov Elman Ziyadxan oğlu,Rəsulov Elxan Fikrət oğlu və Rəsulov Əmraslan Fikrət oğlu.
Yuxarıda adları çəkilən vətəndaşlar ayın əvvəlindən rəsmi işçi kimi işə goturulsələr belə heç bir işlə təmin olunmur,eyni zamanda onlara əmək haqqı karti belə təqdim edilməyib. Vətəndaşlar sosial vəziyyətlərini dilə gətirərək işıq və qazlarinin kəsildiyini, hətta evlərində bir cörəyə belə mohtac olduglarini qeyd etdilər. Hər gun İcra Hakimiyyətinə gedib – gəlməkdən, məmur surundurməciliyindən cana gəldiklərini deyirlər.
Qeyd edim ki, Cənab Prezidentimiz İlham Əliyev hər rayona səfər edərkən dəfələrlə İcra başçılarına tapşırır ki, onun bir nəfər də olsun vətəndaşı əziyyət çəkməməlidir. Bu istiqamətdə ictimai nəzarət də güclü olmalıdır. Hər bir vətəndaş o cümlədən jurnalist məmur ozbaşnalığını prezidentimizin diqqətinə catdirmalıdır. Elə bundan qüvvət alaraq biz də vəzifə borcumuzu yerinə yetirərkən rayonun İcra başçısı bizi şikayətçilərlə birgə görüb dərhal iclas zalına cağırtdırdı. Jurnalist oldugumuzu bilə- bilə bizi rayonun butun idarə və təşkilat, aparat işcilərinin gözləri qarşısında kobud şəkildə tənqid və təhqir edərək yüksək səs tonu ilə
-“Siz kimsiz?”
-“Nə olsu ki jurnalistsiniz, sizin nə haqqınız var gəlib burda şikayətçi dinləyirsiniz ?
Dərhal rayonu və iclas zalını tərk edin “ –deyərəlk zaldan qovdu, əks təqdirdə bizi məsuliyyətə cəlb edəcəyi ilə hədələdi.....
_Sual edirəm, hörmətli başci, bəs biz jurnalistin vəzifəsi nədən ibarətdir?
Xatirladaq ki, 1 mart 2016 cı ildə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinin 382 ci maddəsinə əasasən, junalisitın sualına qanunla müəyyən edilmiş müddətdə cavab verilməlidir. Belə ki, yeni Məcəllədə informasiya əldə edilməsi qanunu pozan dövlət qurumları məcəllənin 374 cü maddəsinə əsasən ictimai məzmunlu bilgiləri qapalı tutan fiziki, hüquqi və vəzifəli şəxslər cərimə olunacaqdir.
Biz 4 cü hakimiyyət olaraq Qobustan rayon İcra Hakimiyyəti Başçısı Adil Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının mətbuata qarşı diqqətini, qayğısını xatırlatmaq istərdik.
“Mənə məlum olmayan faktları üzrə çıxaran hər bir jurnalistə minətdaram” deyən Ümummilli Liderimiz Heydər Əliyevin kəlamını diqqətinizə çatdırmağı özümüzə borc bildik.
Dövlətimizin bəzi məmurları mətbuat nümayəndəsinə qarşı bu kimi rəftar edib və ölkə rəhbərinin münasibətini görüblər. Prezidentin yerlərdə 1 ci nümayəndəsindən bu mənfi halı görəndə bir anlıq Prezidentimizin “Siz xalqın xidmətçisisiniz” kəlməsi yadımıza düşür. 50 məmur yanında öz vəzifəsini yerinə yetirən 2 jurnalist, redaksiyadan ezam olunmuş əməkdaş nəhayət Azərbaycan qadını İcra başçısı tərəfindən təhqir olunursa o rayon sakinləri ilə necə rəftar olunur?
Şikayətçiləri təhqir edərək qovan başçı, onların ümüd yeri olan mətbuat nümayəndələrinə qarşı bu rəftardan necə nəticə çıxaracaq?
Biz qarşı tərəfi dinləməyə hazırıq... Rayon sakinlərinə qarşı, rayona gələn qonağa qarşı, mətbut nümayəndəsinə qarşı rayonun 1- ci şəxsinin rəftarını hələdə anlamırıq. Rayondan araşdırmamız davam edir... Ardı var...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar