İlqar Məmmədov azad olunmadı - məhkəmə hökmü qüvvədə saxladı

29-04-2016, 18:55   


Xəbər verildiyi kimi, bu gün Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədovun Şəki şəhər Apelyasiya Məhkəməsində məhkəməsi başlayır.

Musavat.com-un Şəki Apellyasiya Məhkəməsi önündəki müxbiri Cavanşir Abbaslının verdiyi məlumata görə, məhkəmə İlqar Məmmədov və İlqar Məmmədovun apelyasiya şikayəti üzrə keçirilib.

Saat 17-də başlayan məhkəmə bir saatdan artıq çəkib və məhkəmə heyəti İlqar Məmmədov və Tofiq Yaqublu haqqında çıxarılmış məhkəmə qərarını qüvvədə saxlayıb.

Beləliklə, gözlənildiyinin əksinə olaraq, İlqar Məmmədov azadlığa buraxılmayıb.

T.Yaublu isə prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamıyla azadlığa buraxılıb.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar