Keçmiş DTXK-nın müdiri Neftçalada istədiyi torpağa öz bildiyi kimi xəritə çəkib-Foto.

2-05-2016, 10:16   
Keçmiş DTXK-nın müdiri Neftçalada istədiyi torpağa öz bildiyi kimi xəritə çəkib-Foto.
Neftçala rayonunun icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Əliyev Mustafa Neftçala rayonunda at oynadır. Musatafa Əliyevin mülklərinın siyahısının bir qismini təqdim edirik. 250 kv dəbdəbəli çay evi, rayonda 3 bağ evi, Bakı şəhərində 2 ev, öz adına olmayan 1000 ha əkin üçün torpaq sahələri. Neftçala rayonunda yayılan məlumatlara əsasən Mustafa Əliyev keçən il əkin sahələrindən 480 min manat pul əldə edib.Musatafa Əliyevdən Neftçala rayonunun DTXK-nın müdürü işlədiyi müddətdə Cənab prezident İlham Əliyevə Neftçala rayonunun vətəndaşları tərəfindən 100-lərlə şikayət məktubu yolanılıb. Lakin DTXK-a ləğv olunandan sonra söz söhbət dolaşdı ki, Mustafa Əliyev həbs olunacaq. Deyilənlərin tam əksinə Mustafa Əliyev Neftçala rayonunun icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini olundu.Xia.az-a Daxil olan məlumata əsasən bununla kifayətlənməyən Mustafa Əliyev Neftçala rayonunda yeni inşa olunmuş və yeni yaranmış Kənd təsərrüfatının Neftçala rayon laboratoriya idarəsinin müdürü təyin olunacağı bildirilir.Mustafa Əliyev DTXK-nın Neftçala rayon söbəsinin müdürü işlədiyi müddətdə Neftçala rayonunu ərazisində Neftçala camaatı üçün nəzərdə tutulmuş əkin sahələrinin təxminən 5 min hektar torpaq sahələrini vəzifəli şəxslərə satıb.Mustafa Əliyev Neftçala rayonunda sinəsə döyür ki, mənə heç kim heçnə edə bilməz istəyirsiz Putinə yazın xeyri yoxdur məndən 1000 yaxın Prezidentə şikayət məktubu yolanılıb nə xeyri var.

Nia.az saytına daxil olan Mustafa Əliyev ilə bağlı digər şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik:

Azerbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-827/2015 saylı,01 iyul 2015-ci il tarixli qərarı Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (106)-104/2015 saylı iş üzrə 07 aprel 2015-ci il tarixli qərarı ləğv edilərək iş təkrar apellyasiya baxışına qaytarılmışdır.Həmin qərar iddiaçı Neftçala rayon icra hakimiyyətinin cavabdeh Neftçala Bələdiyyəsinin Neftçala şəhər sakini Həsənova Aygün Cəlal qızına sahibkarlıqla məşğul olmaq üçün Neftçala şəhərinin H.Əliyev prospektində olan ərazidən 40 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə 15 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi ilə bağlı mübahisə üzrə çıxarılmışdır.İddiaçı bələdiyyə qərarının ləğvinə dair tələbini onunla əsaslandırmış dır ki, bələdiyyə mübahisələndirilən qərarı qəbul edərkən özünün deyil,dövlətin mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermişdir. Ali məhkəmədə işə baxılarkən torpaq sahəsinin bələdiyyə yaxud dövlət mülkiyyətində olması ilə bağlı mübahisəli halın müəyyənləşdirilməsi zamanı işin hallarının və sübütlarının hərtərəfli araşdırılmasına dair prosessual qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək müvafiq göstərişlərlə iş təkrar apellyasiya baxışına qaytarılmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, 15 sentyabr 2007-ci il tarixli,09 saylı qərarla Həsənova Aygün Cəlal qızına torpaq sahəsi ayrılmadan əvvəl DTXK-nın Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlovun imzası ilə 11 sentyabr 2007-çi il tarixli rəy verilmişdir.Həmin rəydə sözügedən torpaq sahəsinin xüsusi mülkiyyətə satılmasına etiraz edilməmişdir.Bundan sonra isə DTXK-nın Neftçala rayon söbəsinin müdiri S.S.Bədəlovun imzası ilə həmin torpaq sahəsinə dair A N 062429 saylı “torpaq sahəsinin plan və ölçüsü ” sənədi tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında 15 sentyabr 2008-ci il tarixdə 52 nömrə ilə uçota alınmışdır.Beləliklə,istinad olunan sənədlərlə DTXK-nın Neftçala rayon şöbəsi ayrılmış sahənin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişdir. Lakin iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən həmin sahənin dövlət mülkiyyətində olduğunu bildirmiş və bu zaman DTXK-nın Neftçala rayon şöbəsinin 21 fevral 2013-cı il tarixli, 94 nömrəli məktubuna istinad etmişdir.DTXK-nın Neftçala rayon şöbəsinin müdiri vəzifəsini icra edən M.Əliyev tərəfindən imzalanmış həmin məktubda isə göstərilmişdir ki, Neftçala bələdiyyəsinin 15.09.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə Neftçala şəhər sakini Həsənova Aygün Cəlal qızına şəhərin H.Əliyev prospektində sahibkarlıq məqsədilə xüsusi mülkiyyətinə verilmiş 40 kv.m torpaq sahəsi Neftçala bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi kimi göstərilmişdir.Mübahisə birinci instansiya məhkəməsində baxılarkən isə torpaq sahəsinin hüquqi rejiminin və s. müəyyən edilməsi məqsədilə məhkəmənin 16 may 2014-ci il tarixli qərardadı ilə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir.Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 04.11.2014-cü il tarixli 17 -3/1447 nömrəli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir.”Mütəxəssis qarşısında qoyulmuş suallar tərəflərin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin iştirakı ilə Komitənin Neftçala rayon şöbəsində saxlanılan xəritə materiallarına və işə əlavə edilmiş sənədlərə əsasən yerində araşdırılmış, mübahisələndirilən ərazinin cavabdeh A.Həsənova satılarkən hansı mülkiyyət növünə aid olması ilə əlaqədar Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinə ünvanlanmış sorğuya verilmiş 09.10.2014-cü il tarixli 48-1093/1 nömrəli cavab məktubunda məlum olmuşdur ki, həmin 40 kv metr torpaq sahəsi satılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur.Lakin Komitəsinin Neftçala rayon şöbəsində saxlanılan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planında mübahisələndirilən ərazinin hal-hazırda Dövlət mülkiyyətinə aid olması göstərilmişdir.Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər məlum oldu:1)Neftçala bələdiyyəsinin 15.09.2007-ci il tarixli 09 nömrəli qərarına əsasən Neftçala şəhəri H.Əliyev prospektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Həsənova Aygün Cəlal qızına alqı -satqı müqaviləsi üzrə satılmış 40 kv.metr torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur.2)Torpaq sahəsinin sənədləri yerində müəyyən edildi, qeyd edilən torpaq sahəsi ayrılarkən Neftçala bələdiyyəsinin mülkiyyətində olmuşdur.3)Həsənova Aygün Cəlal qızı tərəfindən tikilmiş tikili ona ayrılmış torpaq sahəsində inşa olunmuşdur.Qeyd. Komitəsinin Neftçala rayon şöbəsində saxlanılan Neftçala Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planında mübahisələndirilən ərazinin hal-hazırda dövlət mülkiyyətinə aid olması göstərilmişdir. Beləliklə, müəyyən olunur ki, eyni inzibati orqan olan artıq ləğv olunmur Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif vaxtlarda torpaqın bələdiyyə və ya dövlət mülkiyyətində olması ilə bağlı ziddiyyətli məlumatlar verilmişdir.Ona görə də, həmin şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olub olmadığını araşdırılması və müvafiq tədbirlər görülməsi üçün sizə məlumat verilir.

Aşağıdakı fotodakı çay evi Mustafa Əliyevə məxsusdur fotoya diqqətlə nəzər salsaq görərik ki,çay evinin hər iki tərəfindən qaz xətti keçir.Bu qanuna uyğundurmu?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar