“Qarabağ münaqişəsi dünya müharibəsinə çevriləcək” - SENSASİON İDDİA

2-05-2016, 15:22   

"Bir il ərzində Rusiya – ABŞ, yaxud Rusiya – NATO müharibəsi başlayacaq”

Ukrayna KİV-ləri xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Pavel Felgenqauer çıxış edib. Politoloq hər keçən gün dünyanın bu təhlükəli müharibəyə yaxınlaşdığını deyib: "Rusiya sərhədləri boyunca silahlı qarşıdurmalar başlayıb. Digər yandan Rusiya və Türkiyə arasında Suriya böhranı davam edir. Hər gün Rusiya sərhədləri boyunca baş verən döyüşlər göbələk kimi çoxalır. /Cebhe.info/

"Röyters” rus ordusunun Hələbi bombardman etdiyini yazır. Bu, Rusiya və Türkiyə arasında silahlı qarşıdurmaya səbəb ola bilər. Bu savaşa Qarabağdakı gərginlik də yol aça bilər. Bir neçə ildir davam edən Donbas münaqişəsi də var. Rusiya indi də Baltikyanı dövlətlərlə hesablaşmağa çalışır. Bu münaqişələrdən birinin içindən mütləq müharibə çıxacaq. Bu vaxt məsələsidir. Rusiya ya bir NATO ölkəsi, ya da ABŞ-la qarşıdurmaya gedəcək. Böyük ehtimalla bu bir il içində baş verəcək, bu da qorxulu müharibəyə çevriləcək”.

Felgenqauer müharibə riskinin hər gün artdığını deyib: "ABŞ və NATO-nun Baltikyanı dövlətlərdə hərbi qüvvələrinin sayını artırması Rusiya ilə lokal qarşıdurmaya səbəb olacaq. Amma bu müəyyən müddətdən sonra lokallıqdan çıxaraq, yeni Transatlantik münaqişəyə çevriləcək. Moskva ağıllı formada düşünməlidir. Çünki yeni bir dünya müharibəsini heç kəs istəmir”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar