Bu haqda Rüfət Səfərov Facebook səhifəsində məlumat yayıb:
“Az öncə Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov məni Binəqədi Rayon Məhkəməsinə dəvət etdi. 4 ay bitdi, yenidən ibtidai istintaqın müddətini uzadırlar. Mən Baş prokuror Zakir Qaralovdan soruşuram: 4 ay müddətində hansı istintaq hərəkəti etdiniz? Hansılar qaldı ki, istintaqın müddəti uzadılsın? Demək ki, bizi təzyiq altında saxlayıb, çəkindirmək istəyirsiniz? Olmayacaqdır”!