Müsavatın qərargahına təcili tibbi yardım çağırıldı

21-04-2014, 14:30   

Səbəbin NİDA-çı gənclərin aclıq aksiyasında iştirak edən valideynlərindən bəzilərinin vəziyyətinin ağırlaşmasıyla bağlı olduğu bildirilir
Dünəndən etibarən NİDA-çı gənclərin valideynləri Müsavat Partiyasının qərargahında müddətsiz aclıq aksiyasına başlayıblar. Valideynlər sona qədər aclıq etməkdə israrlı olduqlarını bildiriblər.
Musavat.com-un aldığı məlumata görə, aclıq aksiyasında iştirak edənlərin arasında vəziyyəti ağırlaşan olub. Ona görə də, aclıq aksiyasını keçirәn N!DA-çıların valideynlәri üçün Müsavat partiyasının qәrargahına tәcili tibbi yardım maşını çağırılıb.
Hazırda dəqiqləşdirməyə çalışdığımız məlumatda bildirilir ki, NİDA-nin İdarə Heyətinin üzvü Zaur Qurbanlının anası Səkinə Qurbanlının səhhətində problem yaranıb.
Səkinə xanımın səhhətinin pisləşməsinə səbəb onun təzyiqinin kəskin şəkildə aşağı düşməsi olub.
Aldığımız digər məlumatda isə qeyd olunur ki, Müsavatın qərargahına təcili tibbi yardım cağırılarkən "Biz ora gəlmək üçün icazə almalıyıq" cavabı verilib.
Ancaq əməkdaşımızın verdiyi son məlumata görə, artıq təcili tibbi yardım Müsavatın qərargahına gəlib.
Hazırda həkimlər Səkinə xanımın müayinə olunmasıyla məşğul olmaqdadırlar.
Mövzunu davam etdirəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.