Şuşanın işğal günündə "Oazis"də "vur çatlasın, çal oynasın"... - Biabırçılıq...

11-05-2016, 17:18   
Şuşanın işğal günündə "Oazis"də "vur çatlasın, çal oynasın"... - Biabırçılıq...
Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oazis” restoranının fəaliyyəti artıq uzun müddətdir ki, bir çox ziddiyyətlərlə diqqəti cəlb edir. Belə ki, ilk növbədə bu restoranın sahibləri dindar olduqlarını əsas gətirərək öz müştərilərinə heç bir çeşiddə spirtli içkilər təklif etmirlər. Digər tərəfdən isə, mənbələr axşam saatlarında “Oazis”ə yığılan kontingentin, daha dəqiq desək buranın daimi müştərilərinin heç də din adamı təəssüratı bağışlamadıqlarını iddia edirlər. Məlumatlarda bildirilir ki, onların arasında yüngül əxlaqlı qadınlar üstünlük təşkil edir.

Bu mövzuda hələ bir müddət bundan əvvəl dərc etdiyimiz materiallarda da biz belə bir məqamı xüsusi olaraq qeyd etmişdik ki, “Oazis” restoranının fəaliyyət profilinə dair aldığımız məlumatların dürüstlüyü əvvəlcə bizdə müəyyən şübhələr yaratmışdı. Çünki bu restoranın sahibləri öz obyektlərinə “halal məkan” imici qazandırmaq üçün bütün imkanlardan istifadə edirdilər. Şübhələrimizin yaranmasına səbəb olan əsas bir cəhət də budur ki, bizdə olan məlumatlara görə, “Oazis” restoranının sahibi Mirtalıb Seyidov özü də müqəddəs məkanları ziyarət etmiş şəxsdir. Lakin necə deyərlər, fakt hər zaman faktlığında qalır. Daxil olan məlumatlarda isə, müxtəlif mənbələr sözügedən restoranda halallıqdan tamamilə uzaq əməllərin baş verdiyinə dair ciddi və təkzibolunmaz faktlar təqdim edirlər.

Digər tərəfdən də, bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti məlumatda “Oazis” restoranında səs-küylü eyş-işrət məclislərinə hətta xalqımızın hüznlə qeyd etdiyi müəyyən günlərdə də ara verilmədiyi xüsusi vurğulanır. Restoranın yaxınlığında yerləşən binalardan birinin sakini olduğunu qeyd edən şikayətçi vətəndaşın sözlərinə görə, bu gün “Oazis” restoranın fəaliyyəti daha çox yüngül əxlaqlı qadınların buraya müştəriləri cəlb etməsilə stimullaşdırılır. Bu barədə aldığımız açıqlamada deyilir: “Əgər may ayının 8-də, axşam və gecə saatlarında yolunuz “Oazis”in yaxınlığından düşmüş olsaydı, o zaman əsil rüsvayçılığın şahidi olardız. Bu restoranın nə yiyələri, nə də xüsusi müştəriləri ən azından həmin gün Şuşamızın işğal günü olmasına da zərrə qədər olsun belə əhəmiyyət vermədilər. Heç şübhəm yoxdur ki, əksər Azərbaycan vətəndaşlarının həmin gün nəinki şənlik məclisi düzənləməyə, hətta bəlkə də bir parça hala çörəyini belə oturub yeməyə iştahası olmur. Amma bu “Oazis”i nə işlədənlər, nə də belə hüznlü günlərimizdə ora yığılanlar sanki heç bizdən deyillər. Həmin axşam səs-küydən, pafosla, həm də qışqıra-qışqıra deyilən sağlıqlardan restoranın yanından keçmək olmurdu. Guya ki, içki verilməyən, halallıq gözlənilən bu obyektdən kişili-qadınlı çıxanların əksəriyyəti görəsən nədən sərxoş idilər? Görəsən bu insanlar ümumiyyətlə nəyi belə bayram edirdilər? Bu restoranın yerləşdiyi əraziyə yaxın binalardan birində yaşadığım üçün, burada baş verənləri tez-tez müşahidə etməli oluram. Xüsusən “Oazis”ə tək gəlib, buradan cüt gedən kişi və qadınların davranışlarından adam lap xəcalət çəkir. Aşıq-aşkar bəlli olur ki, restoran sahibləri obyektlərinə daha çox müştəri cəlb etmək məqsədilə, buraya yüngül əxlaqlı qadınların qəsdən “ayaqlarını açıblar”. Başqa-başqa yerlərdə tək yeyib-içməkdən, əyyaşlıq etməkdən bezən cavanlar (bəzən isə hətta yaşlılar da), gecənin qalan hissəsinə “rəng qatmaq” üçün şəhərin müxtəlif məkanlarından məhz “Oazis”ə üz tuturlar. Hamı bilir ki, saatdan asılı olmayaraq, burada hər kəs özünə bir həmdəm tapa biləcək. Bircə biz, yaxınlıqda yaşayan sakinlər bilmirik ki, bu rüsvayçılıqlara nə zaman son qoyulacaq... ”

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar