İŞİD Elvira Qarayeva adlı qadını edam etdi - FOTOSU

11-05-2016, 19:02   

İŞİD terror təşkilatı Rusiya vətəndaşı olan Elvira Qarayevanı edam edib.

Elvira Qarayeva Rusiya xüsusi xidmət orqanlarına casusluqda ittiham edilib.

Terrorçular iddia edirlər ki, adıçəkilən qadın döyüşçülər, onların sığınacaqları və hərbi bazaları haqqında informasiyanı ötürüb.

O, dörd il əvvəl qruplaşmanın tərkibinə daxil ola bilib. "Elvira cihad aparan bacı və qardaşlarımız haqqında informasiyanı Rusiya xüsusi xidmət orqanlarına verib. O, arsızcasına Allahın inanclı qullarının inamını qazanıb, onların yerlərini açıb", - deyə "Mirror" İŞİD-in açıqlamasına istinadla yazıb.

İddiaya görə, qadın özünün təhlükəsizliyini təmin etmək üçün hətta İŞİD üzvü ilə ailə qurub. Onun ərinin adı isə Əbu Müslim olub. Bir müddət sonra qadın öz ərini zəhərləyib./ANS PRESS/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar