İcra başçısı: ''Tərtərdə atışma davam edir''

13-05-2016, 20:32   
İcra başçısı: ''Tərtərdə atışma davam edir''


“Tərtər rayonunun yaşayış məntəqələrinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması hazırda davam edir”.

Bunu Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

M.Məmmədov deyib ki, ermənilər artilleriyadan Tərtər rayonunun Qəzyan kəndinin ərazisini atəşinə tuturlar: "Atışma davam edir. Mərmilər əkin sahələrinə düşüb".

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda saat 18:20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar