İQBAL AĞAZADƏ İLK MƏRHƏLƏNİ UĞURLA KEÇDİ

21-05-2016, 08:48   


90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər üçün nаmizədliyi Ümid partiyası tərəfindən irəli sürülmüş partiyanın sədri İqbal Ağzadənin namizədliyi rəsmi şəkildə qeydə alınıb. Bu barədə Conflict.az-a məlumatı Ümid partiyası sədrinin I müavini, namizədin səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə verib.

Ə.Ağazadənin sözlərinə görə 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının ötən gün keçirilən iclasında İqbal Ağzadənin namizdəliyinin qeydə alınması rəsmən təsdiqlənib.

Xatırladaq ki, sözü gedən seçki dairəsindən deputat seçilmək üçün 14 nəfər namizdəliyini irəli sürmüşdü və bu günə qədər onlardan yalnız 3-ü namizəd kimi qeydə alınıb.

Onu da qeyd edək ki, MSK dünənki iclasında 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar