Yol Polisindən Ramil Usubova şikayət var -VİDEO

23-05-2016, 20:36   
Yol Polisindən Ramil Usubova şikayət var -VİDEO

Dövlət Yol Polisi ilə bağlı vətəndaşların şikayətləri səngimir. Təəssüf ki, yol polisinin fəaliyyətində rüşvət və korrupsiya halları gündəlik normaya çevrlib.

Reportyor.tv-yə edilən növbəti şikayətlərdən biri Bakı Şəhər Yol Polisi İdarəsi əməkdaşlarının qanunsuzuqları ilə bağlıdır.



Abşeron rayonu, Xırdalan şəhəri,26-cı məhəllə, ev 5,mənzil 23-də yaşayan Əmirşahov Rahim Ələmşah oğlu bildirir ki, may ayının 13-də, gecə saat 02 radələridə



Xırdalanda yerləşən “Heydər Əliyev” parkının yaxınlığında tanışı olan mühafizə polisinin əməkdaşı ilə söhbət edirmiş.



Bundan bir qədər əvvəl Rahim az miqdarda pivə içibmiş. Həmin vaxt Rahimgilə Çevik Polis Alyının serjantları yaxınlaşır. Və söhbət əsnasında ona hədə-qorxu gəlirlər ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək olmaz. Halbuki həmin vaxt Rahim sükan arxasında olmayıb. Avtomobil xeyli aralıda olub.



Sejantlardan Nurlan adlı şəxs Rahimə “sənin dizlərini yerə atacam” deyərək yol polisinə zəng edir. Təxminən yarım saat sonra hadisə yerinə Bakı Dovlət Yol Polisinə aid 485 nömrəli maşın gəlir.



Avtomoilin açarları Rahimdən alınır. DYP işçisi Çevik Polis Alayının serjantı Nurlana 50 manat pul verir. Yaqin ki , bu “müştəri haqqı olur.” Sonra DYP avtomobili Rahimi Nizami metrosu ətrafındakı həkim məntəqəsinə gətirir. Müayinədən keçmədiyi halda protokola sərxoş yazılır və Rahimə imzaladırlar.



Avtomobil isə cərimə meydaçasına aparılır.



Məsələ ilə bağlı suallar çoxdur. Əgər Rahim həqiqətən yol qaydasın pozubsa Abşeron Yol Polisi olduğu halda əraziyə niyə Bakı Şəhər Yol Polisi avtomobili gəlir?



Hər halda vətəndaş şikayətini daxili işlər nazri cənab Ramil Usubova ünvanlayıb.



Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

[media=https://www.youtube.com/watch?time_continue=8&v=cmiV2UfDnwk]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar