2014-cü ilin yaşayan ən seksual qadınları seçilib. ANS PRESS-in məlumatına görə, siyahını məşhur FHM jurnalı tərtib edib. Jurnal bu qadınların həm təbii, həm də qulluq edilmiş hallarını təqdim edib.
İnansanız da, inanmasanız da siyahının birincisi 1990-cı illərin ulduzu olan, "S Club 7" adlı musiqi qrupu quran, daha sonra isə solo fəaliyyətə başlayan Raşel Stevensdir. 36 yaşlı Stevens Londonda alış-verişdən qayıdarkən obyektivlərə tuş gəlib. Bu fotolarda o adi ev qadınından fərqlənmir.
Xüsusi dəvətlər və fotosessiyalardakı görünüşü isə tamamilə fərqlidir.