Cəlilabadın icra başçısının “abadlıq” biznesi

16-06-2014, 11:35   
Cəlilabadın icra başçısının “abadlıq” biznesi
Sovetlər dönəmində Azərbaycanın ən böyük taxılçılıq və pambıqçılıq rayonlarından biri olan Cəlilabad bu gün öz cətin günlərini yaşayır. Bunu Cəlilabada səfərimizin ilk günü görüşdüyümüz rayon sakinləri deyirdilər. Ərazisinə görə böyük rayonlardan biri olan Cəlilabad sözün hər mənasında ən bərbad və çirkab içində batan əyalət şəhərlərindən biridir. Azerinfo.org olaraq səfər etdiyimiz Cəlilabada son illər ərzində işsizliyin sürətlə artdığının şahidi olduq. Elə bizimlə görüşündə rayon sakinləri günü-gündən Cəlilabadın boşaldığını etiraf etdilər. Rayon ağsaqqalı Qulu Tağıyev rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yarıtmaz fəaliyyətindən danışaraq onun rayonu talan etdiyini söylədi:”Bu gün Cəlilabad bir qrup insanın əsirinə cevrilib. İcra başçısı mütamadi olaraq sahibkarları sıxışdırır. Abadlıq adı altında hər ay sahibkarlardan pul toplanır. Rayonun mərkəzində oğlumun balaca bir restoranı var.İcra başçısı oğlumdan hər 2000 manat pul tələb edirdi. Amma oğlum restoranı sataraq Rusiyaya getdi. Hər ay pul abadlıq adı altında sahibkarlardan yüz min manatlarla vəsait yığılır. Siz bir rayonun gününə baxın. Özünüz qiymət verin burada abadlıq getdiyinin heç şahidi olmazsınız. Küçə boyu bütün rayonu rayon sakinlərinə hasarlatdırır. Hərə öz evinin qarşısını hasarlamalıdı. Bir sözlə Əziz Əzizov bu rayonu iflic edib.”

Biz rayonda olduğumuz müddətdə Əziz Əzizovun rayonun sosial iktisadi inkşafı üçün həyata keçirilən lahiyyələrdən istifadə edərək öz şəxsi biznesini gücləndirdiyinin şahidi də olduq. Rayon sakinlərinin məlumatına görə biznesmen icra başçısı “Ülvi” şadlıq sarayını tikməklə rayon ərazisindəki bütün toyların bu şadlıq sarayında keçirtməyə göstəriş verib.. İcra başçısı rayonun təmiri, abadlaşdırılmasında istifadə edilən mal matrealalrın alınması üçün Cəlilabad şəhərinin girəcəyində bir neçə tikintimaterialları topdan satış mərkəzini açdırıb.

Qeyd edək ki, Əziz Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub.Dövlət başçısının rayonların sosial iktisadı inkşafı üçün ayırdığı milyonlarla vəsaitdən daha effektli bəhrələnmək üçün icra başçısı tikinti materiallarını öz dükanından alır. Təbii ki, bu zaman qiymətlər də bir neçə dəfə şişirdilir. Belə ki, rayon mərkəzinin abadlaşdırılması üçün istifadə olunan üzlük, mərmər daşları icra başçsının ticarət obyektlərindən alınır. Rayon sakinləri bizimlə söhbətlərində bildirdilər ki,icra başçısı məcburən bu materialları onları satdırır. “Biz küçə boyu öz hasarlarımızı söküb,yenidən tikirik. İcra başçısı yerli sakinləri məcbur edir ki,onların evlərin küçədən baxanda görsənməməlidir. Bu biabırçı bir addımdır. Neçə ola bilər ki,mən hasar tikmək üçün məcburən bankdan kredit götürmüşəm.”

Rayon sakinləri bildirdilər ki, Əziz Əzizov həm şəxsi biznesindən həmdə alınan malların qiymətini bir neçə dəfə şişirtməklə külli miqdarda gəlir əldə edir. Bundan başqa icra başçısı iş görən şirkətlərdən “faiz” də alır. Belə ki, iddiaya əsasən Əziz Əzizov rayon ərazisində abadlaşdırma, təmi işi ilə məşğul olan bütün müəsissələrə “öz haqqını” qoyub.

Qeyd olunur ki, Bakı-Cəlilabad yolunun üstündə fəaliyyət göstərən bir neçə iri topdansatış tikinti materialları dükanı və başqa obyektlərdə icra başçısına məxsusdur və bu obyektləri Cəbrayıl rayonundan olan bir nəfər idarə edir.
Kağız üzərində təmir olunduğu deyilən, and yerimiz olan Şəhidlər Xiyabanının bərbad gündə olması Əziz Əzizovun necə işlədiyinin bariz nümünəsidir. Zibilliklər içində gedən şəhid qəbirlərini yəqin Əziz Əzizov “görmür”. Amma Şəhidlər Xiyabanının cəmi 10 metrliyində olan şadlıq evini icra başçısı yaxşı görür.




/azinform.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.