Sabirabad Suvarma Mexaniki İdarəsinin rəisi Mirəlif Əliyev fermerlərə qarşı müharibə edib
Ökənin kənd təsərrüfatı sahəsində vəziyyət doğurdan acınacaqlı vəziyyət alıb. Dəfələrlə bu barədə prezident səviyyəsində belə xəbərdarlıq edilsə də, aqrar sahədə çalışan kəndlilərin və fermerlərin problemləri bitib tükənmək bilmir. Proğlemləri yaradanlar isə bir qayda olaraq Bakıdakı baş idarələrinin rəhbərlərinə arxayın olan yerli məmurlardır. O məmurlar ki, dayanmadan fermerdən və kəndlidən rüşvət tələb edərək, həmçinin kənd təsərrüfatına ayrılan dövlət vəsaitlərini mənimsəyərək blkəninin aqrar sektorunu məhv edirlər. Bir zamanlar ölkə iqtisadiyyatında aparıcı yer tutan aqrar sektoru məhv edənlərin başında isə «Aqrolizinq» ASC-nin yerlərdəki işçiləri, həmçinin 23 ildir ki, Əhməd Əhmədzadəninin rəhbərliyi altında çalışan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələri gəlir. Aqrar sektorun təchizatı ilə məşcul olan bu iki qurum illərdir ki, dövlətin kənd təsərrüfatının inkişafına yönləndirdiyi milyardlarla manat vəsaiti mənimsəməklə yanaşı, eyni zamanda ölkəninin aqrar sektorunu məhv etməklə məşcul olurlar. Səbəb isə çox sadədir. Korrupsiya və rüşvət. Məhz bu iki səbəbdən Azərbaycanın aqrar sektoru demək olar ki, məhvolub. Bunun sübutu isə məhsuldarlığın hər il daha da aşşağı düşməsi, aqrar ölkə olan Azərbaycanın kənd təsərrüfatının inkişafına hər il milyardların ayrılmasına baxmayaraq, Azərbaycanın kənd təsərrüfatı məhsullarını xaricdən idxal etməsidir.
PİA.AZ-a Sabirabaddan fermer Əfras Əsgərovun etdiyi müraciətdə də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrinin necə işləməsini və Azərbaycanın əkin torpaqlarını, həmçinin kənd təsərrüfatı istehsalını bəhs edilir. Fermerin bildirdiyinə g.rə o bu il 300 hektar pambıq əkib. Eyni zamanda 150 hektar ərazidə isə taxıl yetişdirib. Hazırda biçini aparılan taxılın suvarılmaması ucbatından Əfras Əsgərovun bildirdiyinə görə məhsuldarlıq xeyli aşağı düşüb.
Fermerin bildirdiyinə görə Sabirabad Suvarma Mexaniki İdarəsinin rəisi Mirəlif Əliyev Azərbaycan qanunlarını bir şeçə sayaraq özbaşına olaraq hər hektara görə suvarma suyunun pulunu bir neçə dəfə qaldırıb. Hər dəfə suvarmaya görə kəndlilərdən və fermerlərdən 10 manat tələb edən Mirəlif Əliyev həmçinin su pulunu fermerlərdən əvvəlcədən tələb edir. Bostan əkilən sahələrdən isə Mirəlif Əliyev əkinçilərdən hər hektara görə 30 manat tələb edir. Pulu qabaqcadan verməyənlər isə sudan məhrum olurlar və həmin şəxslərin əkin sahələri məhv olur. Sonuncu ümid yerləri olan əkin sahələrini xilas etmək üçünsə kəndli və fermerlər Mirəlif Əliyevin çaldığı hər havaya oynamaq zorunda qalırlar.
Eyni şikayətlə PİA.AZ-a müraciət edən təqaüddə olan polis polkovniki, Qarabağ əlili Fərzəli Mehbalıyev də bildirir ki, Mirəlif Əliyev onun 100 hektardan artıq pambıq və taxıl sahəsini yandırıb. Məcburən qrunt suları ilə torpağı suvaran keçmiş polis zabiti bildirir ki, Mirəlif Əliyevin rüşvətxorluğu səbəbindən onun hektarlarla əkin sahəsi sıradan çıxıb. Buna görə isə heç kim məsuliyyət daşımır. Əksinə Mirəlif Əliyev heç kəsi saymayaraq bildirir ki, gedin dərdinizi hara deyirsinizsə, deyin. Mən lazım olan yerlərin pulunu-payını çatdırıram.
Qeyd edək ki, qanuna əsasən kəndli və fermer təsərrüfatları istifadə etdikləri suyun ancaq üçdə bir hissəsini əvvlcədən verməli, üçdə iki hissəsini isə məhsul toplandıqdan sonra, yəni payızda banka köçürməlidirlər. Amma Tarif Şurasının vəzifələrini öz üzərinə alaraq suyun qiymətini bir neçə dəfə artıran Mirəlif Əliyev üstəlik bank işlərini də öz üzərinə götürüb. Belə ki, Mirəlif Əliyev suyun pulunu əvvəlcədən tələb etməklə yanaşı kəndli və fermerlərdən pulu özü alır. Hər ay toplanan 10 min manatlarla vəsaitin sonrakı taleyindən isə heç kimin xəbəri olmur. Amma Mirəlif Əliyevin yaşam tərzinə baxdıqda toplanan pulların hara sərf olunduğu açıqca görünür. Və onu da qeyd edək ki, Əhməd Əhmədzadəninin demək olar ki, rayonlardakı bütün idarə müdirləri artıq milyonerə çevriliblər.
Yuxarıda adları çəkilən şikayətçilərin bildirdiyinə görə Mirəlif Əliyevin oğlunun altındakı maşın 120 min manatdan artıqdır. İdarə müdirinin oğlu isə maşının təkcə nömrəsini 10 min manata aldığını deyir. Heç yerdə işləməyən və işi gücü 120 minlik BMW ilə avtoşluq edən Mirəlif Əliyevin oğlundan və atasından heç kim soruşmur ki, sən bu maşını hansı pulla almısan? Ən azından Bakıda yarım milyonluq villası və bir neçə evi olan Mirəlif Əliyev və oğlu gəlirlərini açıqlamalıdırlar ki, xalqda onların hansı pulla və hansı sərvətlə belə bir cəah-cəlala sahib olduqlarını görsünlər. Yoxsa ki, hər bir idarə müdiri dövləti və xalqı çalıb-talayaraq milyonlara sahib olacaq, üstəlik öz vəzifəsiinin icrası zamanı həm xalqa zülm edəcək, həm dövlətin kənd təsərrüfatı siyasətini məhv edəcək və yeri gəldi-gəlmədi qanunsuz topladığı və dövlətdən, xalqdan oğurladığı sərvətlə xalqa və dövlətə acıq verib cah-cəlal içində yaşayaqsa və bu zaman heç kimə hesab verməyəcəksə, o zaman doğurdan bu dövlətin sonu heç də yaxşı görünmür. Qanunları çeynəyərək xalqa zülm edən və yoxsulların son tikələrini boğazlarından çıxaran, həmçinin ölkəninin inkişafına bir başa manne olan məmurların cəzalanma zamanı çoxdan çatıb. Yoxsa sonra gec olacaq.
Qeyd edək ki, bizim məlumatımıza görə Mirəlif Əliyev Sabirabad rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun basanağıdır. Bu həmin Hüseynağa Gülüşovdur ki, bir il əvvəl mayın 10-da gecə saatlarında maskalı şəxslər evinə hücum etmişdi. Yayılan məlumatlarda Hüseynağa Gülüşovun istintaqa verdiyi ifadədə maskalılarıa 1500 manat verdiyi göstərilsə də, sonrada məlum olmuşdu ki, maskalılar idarə müdirinin evindən bir miyon manatdan artıq pul və zinət əşyaları aparıblar.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…