Masallının icra başçısı yerli fermerləri necə ələ saldı?

19-06-2014, 17:27   
Masallının icra başçısı yerli fermerləri necə ələ saldı?
Rafil Hüseynov balqabağa üstünlük verilməsini təklif edib

Masallıda əsasən 14 adda (buğda, arpa, noxud, kartof, kələm, pomidor, xiyar, bibər, badımcan, soğan, sarımsaq, limon, mandarin, feyxoa) kənd təsərrüfatı məhsulu yetişdirilir. Amma son illər əhali nə əkib-becərirsə, gəlir götürmək qalsın bir yana, üstəlik zərərə düşür.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov fermerlərin üzləşdiyi problemlə bağlı illərlə, gecə-gündüz baş sındırıb və son vaxtlar deyəsən yaranmış vəziyyətdən çıxış yolu da tapıb.

İnfom.az-ın Cənub bürosuna daxil olan məlumata görə, icra başçısı son tədbirlərin birində kənd təsərrüfatı məhsulları istehsalçılarının pul gəlirlərinin artırılması üçün qeyri-adi görünəcək fikir bildirib.

Cənab Hüseynov fermerlərə təklif edib ki, balqabaq yetişdirməyə üstünlük versinlər. O, fikrini belə əsaslandırıb ki, məhsulun yetişdirilməsi üçün toxum, texnika xərci çıxmır, çoxsaylı işçi qüvvəsi, ağır fiziki əmək tələb olunmur, üstəlik onun faydası da çoxdur.

Qeyd edək ki, balqabağın dünyada 700-ə qədər növü olsa da, onun 3 növü Azərbaycanda daha geniş yayılıb. Məhsuldan aşxana sortlarından sup, yağlı və südlü püre, marinad hazırlamaq və qızartmaq üçün istifadə edilir. Bundan, həmçinin vitamin preparatları, şirniyyat sənayesində sukat və müxtəlif içliklər hazırlanır. Balqabaqın tərkibində şəkəri məhv edən maddələr olduğundan şəkər xəstələrinin qidalanması üçün də tövsiyə edilir.

İcra başçısı rayonda balqbağın kütləvi olaraq əkilməsində həm də ona görə maraqlıdır ki, respublika üzrə hansısa növ məhsul istehsalına görə Masallıya birncilik qazandırsın.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.