Toya gedən uşağın evə meyiti gəldi

21-06-2014, 11:06   
Toya gedən uşağın evə meyiti gəldi
Ağdam rayonu ərazisində piyada vurulub.

Rayon sakini Vəliyev Əhliman idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Ağdamın Əhmədağalı kəndində 11 yaşlı uşağı vurub.

Məlumata görə, sürücü kənd ərazisində yerləşən şadlıq sarayının qarşısında toydan çıxan Abışov Vüsal Elman oğlunu vurub. Sürücü dərhal müxtəlif bədən xəsarəti alan azyaşlını Ağdam RMX-ya çatdırıb.

Həkimlərin səyinə baxmayaraq, azyaşlı aldığı bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.