Spirtli içki qəbul edərək çimməyə gedən Göyçay rayon sakini su kanalında boğulub. Hadisə rayonun Qaraxıdır kəndində baş verib.
27 yaşlı Elşad Həmidov yaşadığı kənddə keçirilən toy mərasimində dostları ilə yeyib-içdikdən sonra onlarla birgə yaxınlıqdakı su kanalında çimməyə gedib. Spirtli içki qəbul edən Elşad Həmidov dostları ilə kanalda çimərkən qəflətən suda boğulub.
Hadisə şahidlərinin sözlərinə görə, gənclərin hamısı spirtli içki qəbul etdikləri üçün boğulana kömək edə bilməyiblər.
Kəndə çağırılan Göyçay Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bir uşaq atası olan Elşad Həmidovun həyatını xilas edə bilməyiblər. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.