Erməni “Lamborghini” ilə Mərkəzi Univermağa girdi

21-06-2014, 17:02   
Erməni “Lamborghini” ilə Mərkəzi Univermağa girdi
Moskvada 29 yaşlı erməni “Lamborghini” avtomobili ilə Mərkəzi Univermağa girib.

Virtualaz.org xəbər verir ki, Armen Qriqoryan adlı həmin erməni Petrovka prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və sportkarı əvvəlcə trotuara, daha sonra univermağın vitrininə çırpıb. Həmçinin qəza zamanı işıq dirəyi yıxılıb.

Sürücü xəsarət almayıb və müayinə zamanı onun sərxoş olmadığı aşkarlanıb. Qriqoryan hadisədən bir neçə saat sonra Facebook səhifəsində “ikinci dəfə dünyaya gəldiyini” yazıb və bu günü bayram edəcəyini bildirib. O, Rusiya Ədliyyə Nazirliyində işlədiyini deyir.

Lakin nazirlik bu adda əməkdaşının olmadığını açıqlayıb. Bununla belə Qriqoryanın bacısının Ədliyyə Nazirliyinin resurs təminatı şöbəsində ekspert işlədiyi məlum olub.

Qəza ilə bağlı araşdırma aparılıb və Qriqoryanı hər hansı inzibati məsuliyyət nəzərdə tutmayan maddə ilə təqsirli biliblər. Onun 300 min dollarlıq avtomobili isə xeyli əzilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.