İraqın bir neçə şəhərini ələ keçirən İraq Şam İslam Dövləti qruplaşmasının törətdiyi vəhşiliklərinin yeni görüntüləri yayılıb.
Hər dəfə dünyanı dəhşətə salan görüntülər yayan terrorçular 9 İraq polisini vəhşilklə öldürməsini lentə alıblar.
İraqla Suriya sərhədində yerləşən Kaim şəhərində vəzifəsini yerinə yetirən sərhəd polisləri gözü bağlı şəkildə yerə sərilərək işgəncə edilməsi görüntülərdə yer alıb.
İŞİD üzvləri polisləri işgəncələrdən sonra güllələyib.