Bakıda əsən güclü külək fəsadsız ötüşməyib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının tavanı uçub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasetmə əməliyyatı təkrar uçqun təhlükəsi ehtimal olunan ərazidə keçirildiyinə görə, 15 nəfər bina sakini təxliyyə olunub.