Zakir Həsənova kimlər mane olur?

22-06-2014, 19:31   

Hərbi ekspert Üzeyir Cəfərov növbəti dəfə Müdafiə Nazirliyində baş verən proseslər və nazir Zakir Həsənovun gördüyü işlərlə bağlı açıqlama ilə çıxış edib.

Axar.az xəbər verir ki, Üzeyir Cəfərov sosial şəbəkədəki statusunda Müdafiə nazirinin addımlarına maneəçilikdən danışıb və onun daha aktıv fəaliyyətinə şərait yaradılmasının vacibliyini bildirib.

Ənənəvi olaraq Silahlı Qüvvələrin komandanı, general Nəcməddin Sadıqovun bostanına daş atmağı unutmayan və 20 ildir vəzifədə olmasına baxmayaraq, Sadıqovu Azərbaycan dilini öyrənməməkdə qınayan Üzeyir Cəfərov MN sistemində Zakir Həsənova “mane olan xeyli sayda general və digər rütbələr”in olduğunu bəyan edib.

Daha sonra Müdafiə nazir Zakir Həsənova dövlətin önəmli vəzifə daşıyan şəxslərinin dəstək verməli olduğunu bildirən Ü.Cəfərov “çox güclü dəstək və köməkliyin” əməldə özünü göstərməsinin vacibliyini önə çəkib:

“Bilirəm, deyəcəksiniz ki, Zakir Həsənova güclü dəstək var, nə lazımdır, o işlər də görülür. Necə deyərlər, istəməyənin gözü çıxsın. Amma çox xahiş edirəm, nə demək istədiyimi əvvəl anlayın, sonra məni ittiham edin”.

Xatırladaq ki, radikal çıxışları ilə seçilən hərbi ekspert Üzeyir Cəfərov general Zakir Həsənovun islahatlarının davam etməsinin qatı tərəfdarıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar