Vəhabilərin Qaraçuxurdakı ocağı da hədəfə alındı

22-06-2014, 19:36   

Bakının Qaraçuxur qəsəbəsində yerləşən vəhabi məscidində təftiş başlayıb.

Axar.az-a daxil olan məlumatda deyilir ki, hüquq-mühafizə orqanları Aşurbəy və Badamdardakı sələfi ibadət evlərinin ardınca Qaraçuxurda əməliyyat planlaşdırır. Artıq bu gün xəbərdarlıq da edilib. Xəbərdə qeyd olunur ki, əməliyyat tədbirlərinin intesivləşirilməsi nəzərdə tutulub. Qaraçuxurdakı məscid Əbu-Bəkrdən sonra vəhabilərin ən çox toplaşdığı ikinci məsciddir. Hər gün ibadət vaxtı məscidin içində və qarşısında izdiham yaşanır. Vaxtilə Əbu-Bəkr məscidi qarşısındakı qələbəlik indi Qaraçuxurda müşahidə olunur.

Aşurbəydəki məhdudiyyətdən sonra Qaraçuxura axın çoxalıb. Xəbərlərə görə, məscidin ətrafındakı ticarət köşkləri, iaşə obyektlərinin əksəriyyəti sələfilərə məxsusdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar