Ərdoğan seçkilərdə sandıqların xüsusi əhəmiyyətindən danışıb
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan avqusta ayında ölkədə keçiriləcək prezident seçiləri zamanı səs vermə qutularının önəmindən danışıb. Anspress-in məlumatına görə, Ərdoğan əvvləcə 30 mart tarixində Türkiyədə keçirilən bələdiyyə seçkilərinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün çox uğurlu keçdiyini söyləyib.
Daha sonra o, ölkədə keçiriləcək bütün seçkilərdə sandıqların xüsusi əhəmiyyət kəsb etdiyini açıqlayıb:
“Demokratiya sandıqdan başlayır və bitir. Hər zaman deyirəm ki, sandıq namusdur. Hər hansı bir siyasi partiya sandığa sahib çıxıb və nəzarət edə bilmirsə, vətəndaşın verdiyi səsin itməsinə göz yumursa, demək ki, sandıq əldən gedib. Biz sandığa sahib çıxmışıq”.
Daha sonra Ərdoğan seçkilər zamanı sandıq başında duranların çox məsul bir vəzifəni yerinə yetirdiklərini vurğulayıb və bütün sandıqçılara salam göndərib.