İmişli rayonunda iki nəfərin ölümü 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayon Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
İmişlirayon sakini Rövşən İbişov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Rövşən Mamedovun idarə etdiyi “Azsamand” markalı minik maşını ilə toqquşub.
Zərbədən sonra “Azsamand”ın sürücüsü idarə etməni itirərək yolun kənarına yuvarlanıb. Qəza zamanı “VAZ-2107”də olan sərnişin İmişli sakini Rafiq Muradov və “Azsamand”da olan sərnişin 1974-cü il təvəllüdlü Bakı sakini Gülmirə İbişova hadisə yerində dünyasını dəyişib.
Hər iki sürücü və “Azsamand”da olan digər sərnişinlər 1973 təvəllüd Zeynəb Ziyadxanova, 2001-ci təvəllüdlü Qumru Ziyadxanova, 1974-cü il təvəllüdü Vəsilə Yusifova müxtəlif dərəcəli bədən xəsarətlərilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan Vəsilə Yusifova reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyətinin ağır olduğu bildirilir.
Digər xəstələrin vəziyyətləri ağır olduğu üçün paytaxta gətiriliblər.
Qeyd edək ki, “Azsamand” markalı avtombildə olan şəxslərin toydan qayıtdığı bildirilir.
Fatkla bağlı araşdırma aparılır.