Moskvanın özəl ali məktəblərindən birinin rektoru fahişəxana şəbəkəsi yaratmaqda günahlandırılaraq həbs edilib.
ANS PRESS-in məlumatına görə, Moskva polisinin bu gün yaydığı məlumata görə, şəbəkəyə pul qarşılığında seksual xidmətlər təklif edən bir neçə sauna, intim-salonlar və gecə klubları daxildir. Fahişəxanalardan biri onun rəhbərlik etdiyi institutun zirzəmisində yerləşib.
Rektorun təşkil etdiyi qrup sistemli şəkildə qızları özəl klinikada tibbi müayinədən keçirirmişlər. Qrupda həm də "PR-menecer" olub və şəbəkəyə yeni qızların cəlb edilməsi ilə məşğul olub. Qrupda həm də kassir və Özbəkistan əsilli yardımçı olub.