Alimlər yaxın iki ildə günəş fırtınalarının yerə təsir edəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” saytı maraqlı araşdırma aparıb.
Araşdırmaya əsasən, yaxın iki ildə günəş fırtınaları yerə 2 trilyon dollardan artıq ziyan verəcək. Bu tədqiqatların mənbəyi isə İngiltərədə yerləşən “Lloyd's of London” kompaniyasıdır.
Fırtınanın ən böyük ziyan vuracağı ölkənin ABŞ olacağı deyilir və bu ölkədə hazırda tez-tez baş verən elektrik kəsintilərinin səbəbinin də fırtınanın ilk əlamətləri olduğu deyilir.
Hesablamalara görə, günəşdə bu tipli fırtına baş verərsə, ABŞ-da və digər ölkələrdə enerji kəsintisi 24 saat və daha çox müddətdə davam edə bilər. Araşdırmaçılar analoji hadisənin 1989-cu ildə Kanadada baş verdiyini və 9 saatlıq enerji kəsintisi zamanı ölkənin metro sisteminin iflic olduğunu, 6 milyondan artıq insanın işdən məhrum olduğunu deyirlər. Amma əgər bu hal bir daha təkrar olunsa, ABŞ-da 40 milyon, dünya üzrə isə 130 milyon insanın işinin iflic vəziyyətə düşəcəyi deyilir.
“Lloyd's of London” kompaniyası günəşdəki partlayışlar zamanı elektrik enerjisində yarana biləcək kəsinti 2 il üçün 16 günü əhatə edəcək və bu ümumilikdə 2-2,6 trilyon dollar iqtisadi zərər verəcək.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) sözçüsü Devid Miller günəşdən belə bir təhlükəniz gözlənildiyini təsdiq edib və bunun qarşısını almağın mümkün olduğunu bildirib.
Araşdırmaya görə, günəş fırtınalarının ilkin təsirlərini 2014-cü ilin noyabrında və yaxud 2015-ci ilin yanvarında hiss etmək mümkün olacaq.