Bakıda bələdiyyə sədrini döydülər

25-06-2014, 14:44   
Bakıda bələdiyyə sədrini döydülərPaytaxtın Xəzər rayonundakı Qala qəsəbəsinin bələdiyyə sədri, 1960-cı il təvəllüdlü Babayev Talıb Baba oğlu iki nəfərin hücumuna məruz qalıb.
Virtualaz.org bildirir ki, Xəzər Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, hadisə dünən saat 20.30 radələrində baş verib. İdarənin 1-ci polis bölməsindən bildirilib ki, insident torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı olub.
Belə ki, bələdiyyə sədri konkret ünvanda qanunsuz tikili aparıldığını eşidib, həmin yerə gəlib və iki nəfərin tikinti ilə məşğul olduğunu görüb. O,həmin şəxslərə tikintinin qanunsuz aparıldığını bildirəndə onlar “kefimiz harada istəyir, orada da tikirik” deyə cavab veriblər. Sonradan mübahisə davaya çevrilib. Bələdiyyə sədrinə dəmir alətlərlə hücum çəkənlər onu möhkəm döyüblər.
Hələlik məhkəmə-tibbi ekspertizanın rəyi hazır deyil. Polis isə söz verib ki, bələdiyyə sədrini döyənlərin kimliyini bu gün dəqiqləşdirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.