İyunun 28-i Avstriya-Macarıstan İmperiyasının vəliəhdi şahzadə Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsinin 100-cü ildönümüdür.
Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdu.
Frans Ferdinand 1914-cü il iyunun 28-də Sarayevoya səfər edərkən serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən öldürülüb.
Bundan sonra Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi, Belqradı bombaladı. Avqustun ilk həftəsində münaqişəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci Dünya müharibəsinə çevrildi.
azadliq.org