NASA Yerin atmosferinə Mars səthinə enmə imkanlarını sınaqdan keçirmək üçün Low-Density Supersonic Decelerator (LDSD) aparatı buraxıb. Bu barədə NASA öz Tvitter səhifəsində xəbər verib.
Böyük paraşütlə təmin edilən diskvari aparat Kayai adası sahilində havaya buraxılıb. Sınaq uçuşları mütəxəsislərin rəyinə görə, Mars şəraitinə uyğun olan Yer atmosferinin yuxarı qatında həyata keçiriləcək.
NASA həmçinin Marsa daha ağır kosmik aparat göndərmək niyyətindədir. Sınaqların sonunda komonavt uçuşunun təşkil edilməsi planlaşdırılır. Ehtimal edilir ki, Qırmızı planetə enməsi üçün aprata böyük paraşüt tələb olunur.
Bundan öncə Low-Density Supersonic Decelerator (LDSD) tipli Havay adalarından havaya buraxılan UNO-ya bənzər aparatının sınaq uçuşu hava şəraitinə görə uğursuz olmuşdu.